Qənirə Paşayeva vəfat etdi


Millət vəkili Qənirə Paşayevanın bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı deputatın ailəsi yayıb.
Deputat sentyabrın 24-dən komada idi.
Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci ildə Tovuz rayonunda anadan olub.
O, Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.
1998-ci ildən ANS televiziyasında müxbir və “Xəbərlər” redaksiyasının baş redaktorunun müavini vəzifələrində çalışan Q.Paşayeva 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.
Qənirə Paşayeva Milli Məclisin 3, 4, 5 və 6-cı çağırış üzrə deputatı olub.

DİGƏR XƏBƏRLƏR

Top