
Ötən gün Azərbaycan Demokratiya və Rifah Partiyasının bir qrup üzvü həbsdə olan sədrləri və iqtisadçı alim Qubad İbadoğlunun həbsinə etiraz olaraq aksiya keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Toplum TV məlumat yayıb.
Etiraz piketinin saat 13:00 - 14:00 arasında DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısında keçirilməsi nəzərdə tutulurdu. Lakin polislər iştirakçıları ərazidəki parka yönləndirdilər.
Piketdə Qubad İbadoğlunun qanunsuz həbsinə son verilməsi, ADR Partiyasının ofisinə giriş qadağasının qaldırılması, axtarış zamanı ADR partiyasına aid sənədlərin geri qaytarılması tələbləri irəli sürülüb.
Tətbiqimizi yükləyə bilərsiniz