27 sentyabr 2023-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı, Azərbaycan və Rusiya arasında mövcüd əməkdaşlıq gündəliyi, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, habelə regionda cari vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasiyası üzrə dialoqa sadiqliyini, ölkəmizin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün kompleks tədbirləri davam etdirəcəyini diqqətə çatdırıb.
Azərbaycan ərazilərində qondarma rejimin buraxılması və erməni silahlı qüvvələrinin tərksilahı, habelə Azərbaycan ərazilərindən çıxarılması işinin həyata keçirildiyi, bununla yanaşı, Azərbaycanın Ermənistanla sülh prosesinin irəliləməsində maraqlı olduğu vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***20:55
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qarabağ ətrafındakı vəziyyəti, o cümlədən Ermənistan əhalisinə humanitar yardımın göstərilməsi məsələlərini müzakirə ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Qarabağdakı vəziyyət, o cümlədən humanitar yardımın göstərilməsi, yerli erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə edilib”, - nazirlikdən bildirilib.
Qeyd olunub ki, tərəflər Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və blokun açılması ilə bağlı 2020-2022-ci illərdə imzalanmış üçtərəfli sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsi yollarını nəzərdən keçiriblər:
“Həmçinin ikitərəfli və regional gündəliyin bir sıra mövzularına toxunulub. Görüşdə müxtəlif səviyyələrdə gələcək təmaslar barədə razılıq əldə olunub”.