“Ermənistanla münasibətlərin kəskinləşməsinə Rusiya səbəb olmayacaq”


”Rusiya Ermənistanla müttəfiqlik münasibətlərinə həmişə diqqətlə yanaşıb, münasibətlərin kəskinləşməsinin təşəbbüskarı və səbəbkarı olmayıb və olmayacaq”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Rusiya öz missiyasını yerinə yetirməkdə davam edir. Sülhməramlılarımız regiondadır. Bu, bizim niyyətimizin və real həqiqi münasibətimizin ən yaxşı təsdiqidir. Biz Ermənistanla müttəfiqlik münasibətlərinə həmişə diqqətlə yanaşmışıq və heç vaxt bu münasibərlərin kəskinləşməsinin təşəbbüskarı və ya səbəbkarı olmamışıq və olmayacağıq”, - diplomat bildirib.
Zaxarova, həmçinin vurğulayıb ki, Rusiya Federasiyası bundan sonra da ikitərəfli əməkdaşlığın inkişafına dair bütün razılaşmaları iki xalqın maraqlarına uyğun olaraq həyata keçirməkdə davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top