
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağdakı qondarma rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyanın Azərbaycan sərhədində saxlanılmasından xəbərsiz olduğunu deyib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, o, bu barədə jurnalistin sualına cavab olaraq bildirib.
“Məndə belə bir məlumat yoxdur, ona görə də bu məsələ ilə bağlı heç nə deyə bilmərəm”, - Peskov deyib.
“Vardanyan Rusiya vətəndaşlığı da var. Əgər o, hələ də Rusiya Federasiyasının vətəndaşıdırsa, o zaman Moskva onun saxlanılması barədə məlumat alacaq və hüquqlarını qoruyacaq. Əgər o, Rusiya vətəndaşlığından imtina edibsə, bu, başqa məsələdir”, – Kreml sözçüsü bildirib.
Qeyd edək ki, Ruben Karleni Vardanyan bu gün - sentyabrın 27-də “Laçın” dövlət sərhədindəki buraxılış məntəqəsində Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və Bakı şəhərinə gətirilib.