DSX: Vardanyan saxlanılıb Bakıya gətirildi – Yenilənib


Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
“Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib”, - məlumatda deyilir.

***14:11
Qarabağdakı qondarma rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyanın Laçın dəhlizindən keçərkən həbs edildiyi iddia olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.
Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend CivilNet-ə bildirib ki, əri ilə əlaqəni itirib. O qeyd edib ki, Vardanyanın həbs olunması xəbərini Azərbaycan mətbuatında görüb.

DİGƏR XƏBƏRLƏR

Top