"Pasiyentimiz Qənirə Paşayevanın müalicəsi ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir".
Yeniavaz.com xəbər verir ki, bu barədə Mərkəzi Klinikadan məlumat verilib.
”Kompleks müayinə və müalicə tədbirləri aparılır. Ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir”,- məlumatda qeyd olunub.