“Ramil yuxuma girdi, dedi ki, iti gətir, onunla sağollaşmalıyam” – Video


Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Ramil Rzayevin Baffi adlı itinin onun məzarı üzərində yatması sosial şəbəkələrdə maraqla qarşılanıb.
Yeniavaz.com
xəbər verir ki, şəhidin yaxını Sabina Rzayeva APA TV-yə itin Ramil Rzayevin məzarına necə gəlməsindən danışıb:
“İt məndə idi. Ramil yuxuma girdi, dedi ki, iti gətir, mən onunla sağollaşmalıyam. Amma mənə dedilər ki, olmaz. Ramilin anası Lena xanıma dedim ki, bunu etməliyəm. Çünki it evin içində ulayırdı. 10 ay əvvəl Baffi Ramilin köynəyini götürüb öz yuvasına qoyub. Anası deyirdi ki, Baffi, qaytar, gələcək Ramil”.
Süjeti təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top