125 nəfərin cəsədi Ermənistana aparıldı


Xankəndidə baş verən yanğında ölən 125 nəfərin cəsədi Ermənistana aparılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Anahit Avanesyan bildirib.
O əlavə edib ki, bu gün onların ixtisaslaşdırılmış müəssisələrə daşınması məsələsi həll olunur. Meyitlərin tanınmasına hələ başlanılmayıb.
Qeyd edək ki, ötən gün axşam Xankəndi yaxınlığındakı yanacaq anbarında güclü partlayış baş verib. İlkin məlumatlara görə, 290 nəfər xəstəxanaya yerləşdirilib, yeddi zərərçəkən xəstəxanada ölüb. Daha 13 nəfərin meyiti həkim-ekspertizaya aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top