
Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz sosial şəbəkə hesabında yazıb.
“Biz yerlərdə humanitar ehtiyacların qarşılanması üçün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), eləcə də Qarabağın erməni sakinlərinin nümayəndələri ilə müntəzəm əlaqədəyik”, - Prezident köməkçisi əlavə edib.
Onun sözlərinə görə, bölgədə tibbi yardıma və qayğıya ehtiyacı olan insanların aparılması və yerlərdə yardımın göstərilməsi üçün Ermənistandan içərisində tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib.