Qarabağdan Ermənistana gedənlərin sayı 28 mini keçdi – Yenilənib


Saat 20:00-a olan məlumata görə, Qarabağdan Ermənistana 28 120 nəfər gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

***16:31
Qarabağdan Ermənistana keçən ermənilərin sayı 19 min nəfər olub.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini, hökumətin “Humanitar Mərkəzi”nin koordinatoru Tiqran Xaçatryan mətbuat konfransında bildirib.
Baş nazirinin müavini qeyd edib ki, onlardan 2,5 mini artıq müvəqqəti yerləşdirmə mərkəzlərindədir.
“Hazırda Qarabağın 19 min sakini Kornidzorla (Azərbaycanla həmsərhəd kənd nəzərdə tutulur) sərhədi keçib ki, onlardan 2,5 mini artıq müvəqqəti yaşayış mərkəzlərindədir”, - o deyib.

***10.06
Bu gün saat 08.00-a olan məlumata görə, Ermənistan ərazisinə keçən ermənilərin sayı 13550 nəfər olub.

Yeniavaz.com xəbır verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Onlardan 11 min nəfərinin qeydiyyat məlumatları artıq tərtib edilib.
"Hökumət əvvəlcədən müəyyən edilmiş yaşayış yeri olmayan bütün vətəndaşları müvafiq mənzillə təmin edir”, - Nazirlər Kabinetindən bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top