“Ermənistanın ona uzadılan sülh əlini tutmasını gözləyirik” – Ərdoğan


“Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri bu gün Naxçıvan Muxtar Respublikasında rəsmi səfərdə olmuş və Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatla çıxış etmiş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz. Bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur. Biz bu borcu yerinə yetirməkdə qətiyyətliyik, səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir”, - Türkiyə Prezidenti bildirib.
Qeyd edək ki, R. T. Ərdoğanın Naxçıvan MR-ə səfəri artıq başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top