Bir az əvvəl Xankəndidə, yanacaqdoldurma məntəqələrindən birində partlayış baş verdiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat və görüntülər yayılıb.
Bildirilir ki, partlayış nəticəsində ölən və yaralananlar var.
Qeyd olunur ki, yanacaqdoldurma məntəqəsində yanacaq çəni partlayıb. Bildirilir ki, söhbət Ermənistana getmək üçün benzin alanlara tədarükün görüldüyü çəndən gedir. Vurğulanıb ki, ərazidə növbəsini gözləyən onlarla insan olub.