Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvanda rəsmi səfərdədir.
Yeniavaz.com xəbər verir ki, Naxçıvanda KİV nümayəndələri arasında Azərbaycanda kifayət qədər populyar olan türkiyəli jurnalist Fulya Öztürk də var.
O, özünün sosial media hesabında prezidentlərlə qarşılaşdığı anın kadrlarını da yayıb.
Bu zaman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanım jurnalistlə qarşılaşan zaman təəccüblənib və ona “Fulya, haradan gəldin buraya?” deyə sual verib.
F. Öztürk isə Bakıda gəldiyini bildirib.
Prezident İlham Əliyev isə bu zaman “Bu qız bizim qızdır” deyib.
Həmin kadrları təqdim edirik: