
İrəvanın mərkəzindəki Respublika meydanında başlayan etirazlar ardıcıl altıncı gündür davam edir.
Yeniavaz.com Sputnik Ermənistan-a istinadən xəbər verir ki, aksiyanı Milli Hərəkatın Koordinasiya üzrə Milli Komitəsi elan edib.
Bildirilib ki, etirazçılar Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.
TASS-ın məlumata görə, Respublika meydanına mindən çox insan toplaşıb. Meydandakı hökumət binasının girişini polislər qoruyur.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, sentyabrın 24-nə olan məlumata görə, aksiyalar zamanı 26 nəfər həbs edilib, 49 nümayişçiyə qarşı cinayət işi başlanıb. Etirazçılar kütləvi iğtişaşlarda iştirakda, zorakılığa ictimai çağırışlarda, xuliqanlıqda, zorakılıq tətbiq etməkdə, qanunsuz bıçaq gəzdirməkdə, polisin işinə müdaxilədə ittiham olunurlar.
Etiraz aksiyaları sentyabrın 19-da, Azərbaycanın Qarabağda antiterror tədbirlərinə başladığı gün başlayıb. Ertəsi gün, sentyabrın 20-də Ermənistan Azərbaycanın şərtlərini qəbul edib. Aksiyalar zamanı nümayişçilər polislə toqquşub. Polis əməkdaşları səs-küylü qumbaralardan istifadə ediblər. Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, azı 34 nəfər xəsarət alıb.