
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın basketbol oynayarkən lentə alınmış kadrları yayılıb.
Yeniavaz.com xəbər verir ki, görüntüləri keçmiş nazir və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Bursa millət vəkili Mustafa Varank sosial şəbəkə hesabında paylaşıb.
Kadrlarda Ərdoğanın əvvəlcə idman velosipedində isinmə hərəkətləri etdiyi, daha sonra isə Milli Kəşfiyyat İdarəsinin (MİT) sədri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, millət vəkili Mövlud Çavuşoğlu, gənclər və idman naziri Osman Aşkın Bak, əmək və sosial müdafiə naziri Vedat Işıkhan, Mustafa Varank, Alpay Özalan, gənclər və idman nazirinin müavini Həmzə Yerlikaya və Türkiyə Basketbol Federasiyasının sədr müavini Ömər Onanla birlikdə basketbol oynadığı müşahidə olunur.
Sözügedən görüntüləri təqdim edirik: