
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin keçirdiyi tender müsabiqəsinin qalibi Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi olub.
Yeniavaz.com xəbər verir ki, Agentlik əlilliyi olan şəxslərin protez-ortopediya məmulatları və reabilitasiya vasitələri ilə təmin edilməsi üzrə xidmətlərin göstərilməsinə görə Mərkəzə 4 milyon manat ödəyəcək.