Ermənistanın böyük şəhərlərində də etiraz aksiyaları keçirilir


Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə İrəvanda, eləcə də ölkənin digər iri şəhərləri olan Gümrü və Vanadzorda etiraz aksiyaları keçirilir.
Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, polis İrəvandakı hökumət binasının yaxınlığında etirazçıları sərt şəkildə saxlamağa başlayıb, onlara qarşı güc tətbiq edilib.
Digər tərəfdən, Ermənistan İstintaq Komitəsi bildirib ki, kütləvi iğtişaşlarda iştirak, kütləvi iğtişaşlara çağırış, xuliqanlıq, vəzifəli şəxsin fəaliyyətinə mane olmaq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və qeyri-qanuni odlu silah gəzdirmək ittihamları ilə 49 nəfərə qarşı cinayət işi açılıb və əlavə 5 nəfər həbs edilib.
Qeyd edək ki, sentyabrın 19-da Ermənistanda baş nazirin istefası tələbi ilə etiraz aksiyaları başlayıb. Nikol Paşinyanın və onun hökumətinin hakimiyyətdən uzaqlaşdırılması üzrə fəaliyyətləri əlaqələndirmək üçün milli komitə yaradılıb.

DİGƏR XƏBƏRLƏR

Top