Albert Aqarunovun vurduğu tank Hərbi Qənimətlər Parkında – Fotolar + Yenilənib


Ermənilərin Birinci Qarabağ müharibəsində “özlərinin qələbə rəmzi” kimi Xankəndi-Şuşa yolunda yerləşdirdikləri tank demontaj olunub və Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.
Yeniavaz.com xəbər verir ki, texnika nümayiş olunması üçün parkda yerləşdirilib.






***15.22 
1992-ci ildə Azərbaycan ərazilərinin işğalı zamanı ermənilərin Şuşa şəhərinin girişində “özlərinin qələbə rəmzi” kimi qoyduqları tank demontaj edilib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, tank Bakıya Hərbi Qənimətlər Parkına gətirilib.
Hazırda ekspozisiya kimi nümayiş olunması üçün parkda quraşdırılır. Artıq indidən tamaşaçılar tanka baxmaq üçün Parkı ziayarətə gəlir.
Qeyd edək ki, bu tank işğalçı qüvvələrin Şuşa şəhərinə hücumu vaxtı şəhərə girməyə çalışan birinci tank olub.
Həmin 442 nömrəli tankı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov vurub.
Birinci Qarabağ müharibəsindən sonra Şuşaya doğru irəliləyən bu yanmış tank bərpa olunaraq “abidə” kimi şəhərin girişində qoyulub.
Xatırladaq ki, ermənilərin başına külli miqdarda pul qoyduğu Milli Qəhrəman Albert Aqarunov Qarabağda könüllü olaraq vuruşub və Şuşa uğrunda döyüşlərdə şəhid olub.









 

DİGƏR XƏBƏRLƏR

Top