
“Qəbələ” İdman Klubunda yeni təyinat reallaşıb.
Yeniavaz.com klubun rəsmi Facebook səhifəsinə istinadla xəbər verir ki, “qırmızı-qaralar”ın Media və Marketinq Departamentinin yeni rəhbəri müəyyənləşib.
Asəf Zeynallı klubun Media və Marketinq Departamentinin yeni rəhbəri təyin olunub.
O, buna qədər “CBC Sport” telekanalında Xəbərlər Departamentinin redaktoru vəzifəsini icra edib. Həmçinin, müxtəlif daxili və beynəlxalq idman yarışlarını şərh edib.
Qeyd edək ki, “Qəbələ”nin əvvəlki mətbuat katibi Anar Hacıyev bir müddət əvvəl “Qarabağ”da eyni postu tutub.