Şəhid gizirin arzusu yerinə yetdi


Ötən gün sosial şəbəkələrdə uşaqlıq dostu Elvin Heydərovla danışarkən videosu yayılan şəhid gizir Nəcməddin Quliyevin son arzusu reallaşdırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edilib ki, video yayılan kimi dərhal agentliyin rəhbərliyi tərəfindən Cəlilabad rayonu “46 N-li Yol İstismarı” MMC-yə şəhid gizirin yaşadığı Çünzəli kəndinin yolunun asfaltlanması ilə bağlı tapşırıq verilib.
MMC tərəfindən bir neçə saat ərzində əraziyə lazımi texnikalar və canlı qüvvə səfərbər olunaraq asfaltlanma işləri icra olunaraq yekunlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top