
Rusiya xarici işlər naziri Sergey Lavrovun İrana səfəri gözlənilir.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə cümə günü İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.
Abdullahian rusiyalı həmkarı ilə görüşü zamanı deyib ki, İran strateji tərəfdaşlığa dair uzunmüddətli sazişi yekunlaşdırmaq üçün Lavrovun ölkəyə səfərini gözləyir.
"Xoşbəxtlikdən ölkələrimiz arasında münasibətlər üçün çox müsbət gündəliyimiz var. İkitərəfli və regional məsələlər üzrə danışıqlar çox yaxşı gedir", - Abdullahiyan qeyd edib.