Rusiya xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir-Abdullahian BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüş keçiriblər.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, tərəflər keçirilən görüşdə Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Görüşdə həmçinin Moskva və Tehranın müxtəlif səviyyələrdə siyasi dialoqu və qarşılıqlı maraq doğuran bütün sahələrdə faydalı əməkdaşlığı daha da inkişaf etdirmək niyyəti təsdiqlənib.
Nazirlər əsasən beynəlxalq mövzular ətrafında maraqlı fikir mübadiləsi apararaq, aktual regional məsələlərə toxunublar.