
Belqradda keçirilən Yunan-Roma güləşi üzrə yarışda idmançımız Eldəniz Əzizli qızıl medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Güləş Federasiyası məlumat yayıb.
Güləşçimiz finalda gürcüstanlı rəqibi Nuqzari Tsurtsumiaya qalib gələrək üçüncü dəfə dünya çempionu olub.