
Yevlaxda keçirilən görüşdə əldə olunan razılaşmalar çərçivəsində Qarabağdakı silahlı erməni birləşmələrin silah və sursatlarını təhvil verdikləri bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin sosial şəbəkə hesablarında görüntülər yayılıb.
Bildirilir ki, proses Rusiya sülhməramlılarının nəzarəti altında keçirilir.
Kontingentin yaydığı məlumata görə, indiyədək 800-dən çox atıcı silah, qumbaraatan, minaatan, ATGM və MANPADS təhvil verilib.
Tətbiqimizi yükləyə bilərsiniz