Ronaldo 1000 məğlubiyyətsiz oyunla tarixə düşdü


Kriştiano Ronaldo 1000 oyunda məğlub olmayan ilk oyunçu olub və bunu reallaşdıran ilk futbolçu kimi dünya futbol tarixinə düşüb.
Yeniavaz.com Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadla xəbər verir ki, 38 yaşlı hücumçu milli və klubların heyətində 776 görüşdə qələbə sevinci yaşayıb, 224 dəfə isə heç-heçəyə şahidlik edib.
O, bu nəticəyə sentyabrın 19-da Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində Asiya Çempionlar Liqasının qrup mərhələsində İran təmsilçisi “Persepolis” üzərində qələbə qazandıqları (2:0) ilk oyunda nail olub.
Ronaldo karyerası ərzində 1182 rəsmi qarşılaşmada iştirak edib, 182 dəfə komandasının məğlubiyyətinə şahid olub.
Detallar cədvəldədir.

DİGƏR XƏBƏRLƏR

Top