Ermənistan hökumət binasında növbəti etiraz aksiyası başladı


Ermənistanın baş naziri Nikol Paşinyana qarşı çıxan vətəndaşlar İrəvanın mərkəzində, hökumətin iclasının keçirildiyi Nazirlər Kabinetinin qarşısına toplaşıblar.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, yüzlərlə adam Respublika meydanında hökumət binası qarşısına toplaşıb. Burada yerli vaxtla saat 10:00-da Baş nazirin iştirakı ilə Nazirlər Kabinetinin iclası başlayıb. Etirazçılar Qarabağdakı hadisələrə görə Paşinyanın istefasını tələb edirlər. Xüsusi təyinatlılar binanın girişində bir neçə cərgə düzülüb. İnsanlar aksiyanın keçirildiyi əraziyə axışmaqda davam edir.
Bəzi etirazçılar səhər saatlarında küçələri bağlamağa çalışsalar da, avtomobillər şəhərin mərkəzində sərbəst hərəkət edir. Daxili İşlər Nazirliyinin son məlumatına görə, polis səhər saatlarından müxalifət liderlərindən biri Andranik Tevanyan da daxil olmaqla 26 nəfəri saxlayıb .

DİGƏR XƏBƏRLƏR

Top