
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefonla danışaraq Qarabağdakı vəziyyəti müzakirə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı yaranmış vəziyyətdən çıxmaq üçün atılacaq addımlar müzakirə olunub.