Türkiyə millisinin baş məşqçisi Montella oldu


Futbol üzrə Türkiyə milli komandasına yeni baş məşqçi təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
Bildirilib ki, bu posta Vinçenzo Montella gətirilib. TFF-dən verilən açıqlamada italiyalı məşqçi ilə 3 illik müqavilə imzalanıb.
Karyerasında “Roma”, “Kataniya”, “Fiorentina”, “Sampdoriya”, “Milan”, “Sevilya” və “Adana Dəmirspor”da məşqçilik etmiş Montella ilk dəfə milli komandanın rəhbəri olacaq.
Qeyd edək ki, ötən gün Türkiyə millisinin baş məşqçisi Stefan Kunts istefaya göndərilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top