Paşinyan bəyan etdi – İstefa verməyəcək


Ermənistanın baş naziri Nikol Paşinyan tərəfdarlarına istefaya getməyəcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.
Nəşr qeyd edib ki, ötən gecə Paşinyan öz tərəfdaşları ilə görüşüb və onlara heç bir halda hakimiyyəti təhvil verməyəcəyini və nəyin bahasına olursa-olsun hakimiyyəti özündə saxlayacağını bildirib. Baş nazirin bu açıqlamasından sonra meydandakı təhlükəsizlik qüvvələri etirazçılara qarşı daha sərt tədbirlərə keçiblər.
Xatırladaq ki, sentyabrın 19-da İrəvanda kütləvi etiraz aksiyaları başlayıb. Etirazçılar Ermənistan hökumət başçısını dövlətə xəyanətdə ittiham edərək istefasını tələb edirlər.

DİGƏR XƏBƏRLƏR

Top