“Cənab Prezident bu əməliyyatda da düzgün qərar verdi” – İlqar Məmmədov


“Əməliyyat başlayandan cəmi bir neçə saat sonra partiyamızın dəstək bəyanatı oldu. Biz bəyanatda Azərbaycanın bu əməliyyat çərçivəsində elan olunmuş bütün məqsədlərinə dəstəyimizi ifadə etdik”.
Yeniavaz.com
xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov İctimai TV-yə açıqlamasında deyib.
“Bununla belə həm də cənab Prezidentin 44 günlük müharibə zamanı necə düzgün qərar vermişdisə bu əməliyyat zamanı da düzgün qərar verəcəyinə əminliyimizi ifadə etdik. İndiyə olan məlumata görə gözləntilərimiz özünü tam doğruldur. Erməni separatçıları silahları yerə qoydular. Çox vacib nəticədir”, - İlqar Məmmədov qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top