Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə edən ictimai fəal həbs edildi


Sentyabrın 20-də Nəsimi Rayon Məhkəməsi ictimai fəal Rail Abbasovu 4 ay müddətinə həbs edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb.
O bildirib ki, fəala qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə (külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq) ittiham irəli sürülüb.
Qeyd olunub ki, R. Abbasov özünü təqsirli bilməyib və müdafiə tərəfi apellyasiya şikayəti verəcək.
Qeyd olunur ki, R Abbasov, həmçinin həbsdə olan fəal Bəxtiyar Hacıyevin hüquqlarının müdafiəsi məsələlərilə məşğul olub. O həbsindən bir neçə gün öncə Bəxtiyar Hacıyevin azad edilməsi çağırışı ilə dövlət başçısına müraciət hazırlayıb. Sənədi bir sıra tanınmış ictimai xadimin imzaladığı bildirilir.
Sentyabrın 19-da Rail Abbasov onu dələduzluqda ittiham edən naməlum vətəndaşın şikayəti əsasında Nəsimi rayon polisi tərəfindən saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top