Türkiyə millisinin baş məşqçisi istefaya göndərildi


Türkiyə futbol millisinin baş məşqçi istefaya göndərilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qərar Stefan Kuntsla Türkiyə Futbol Federasiyasının rəhbəri Mehmet Büyükekşi arasında bu gün baş tutan görüşdən sonra verilib.
Qeyd olunub ki, xüsusilə AVRO-2024-ün seçmə mərhələsində Ermənistanla ev oyunundakı bərabərlik (1:1)  və yoldaşlıq görüşündə Yaponiyaya məğlubiyyət (2:4) ciddi narazılıqlara səbəb olub.
Bildirilib ki, Federasiya rəhbərliyi bütün bunları nəzərə alaraq məşqçi ilə yolları ayırmağa qərar verib.
Qeyd edək ki, Stefan Kunts 2021-ci ilin sentyabrından Türkiyə millisinə baş məşqçilik edirdi.

DİGƏR XƏBƏRLƏR

Top