
Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum olub.
Bu barədə Yeniavaz.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, gecə saatlarında erməni əsilli şəxs Toronto Azərbaycan Evinin qarşısına gələrək, Azərbaycan əleyhinə nalayiq ifadələr səsləndirməklə təxribat törətməyə cəhd edib:
“Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Hazırda hücum edən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür”.