Azərbaycan tərəfi bu gün Qarabağ ermənilərinin nümayəndələrinə siyahı təqdim edib və orada adları qeyd olunan şəxslərin Bakıya təhvil verilməsini tələb edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Məlumata görə, siyahıda separatçı rejimin keçmiş “rəhbər”lərinin, məmurlarının və hərbçilərin adları var.
“Caliber”in məlumatına görə isə, bu siyahıda Birinci və İkinci Qarabağ müharibələri zamanı Azərbaycan ordusuna və dinc əhaliyə qarşı vəhşiliklər, eləcə də ağır cinayətlər törətmiş şəxslərin adlarının olduğunu ehtimal etmək olar.