Mingəçevir şəhidlərini son mənzilə yola saldı... – Fotolar


Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror əməliyyatları zamanı Mingəçevirdən olan hərbçilər şəhid olub.
Yeniavaz.com
xəbər verir ki, bu gün onlardan ikisi son mənzilə yola salınıb.
Şəhid baş leytenant Abbasov Ruslan Əbülfət oğlu Heydər Əliyev adına Ali Hərbi Məktəbi 2017-ci ildə bitirib. 44 günlük vətən müharibəsində göstərdiyi igidliyə görə medallarla təltif olunub.
O hər iki valideynini itirib. Bir qardaşı var.









Digər şəhid 2003-cü il təvəllüdlü Canbaxışov Xəyal Xeyrulla oğlu Mingəçevir 11 saylı məktəbin məzunu olub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyət göstərib.
Dəfn mərasimində mərhumların yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.








Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top