“Azərbaycan öz ərazisində əməliyyat keçirir” – Kreml


“Ermənistan 1991-ci il sərhədləri çərçivəsində Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı üçün Azərbaycan öz ərazisində əməliyyat keçirir”.
Yeniavaz.com
xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“İndi söhbət Azərbaycan Respublikasının öz ərazisindəki hərəkətlərindən gedir”, - Kreml nümayəndəsi bildirib.
O xatırladıb ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın 1991-ci il sərhədlərini tanıdığını elan edib:
“Bu o deməkdir ki, Ermənistan tərəfi Qarabağı Azərbaycanın ayrılmaz hissəsi, Azərbaycan ərazisi kimi tanıyıb”.

DİGƏR XƏBƏRLƏR

Top