![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/9/20/1/733b9b64-412a-40a7-897f-80bcbf1627de/ermenistan-abs-telim.jpg)
"ABŞ hərbi qulluqçuları bu gün Ermənistan ərazisində Ermənistan qoşunları ilə birgə təlimlərini başa vurur. Əvvəldən planlaşdırıldığı kimi, Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə heç bir əlaqəsi yoxdur".
Yeniavaz.com xəbər verir ki, bu barədə "Reuters" agentliyinə ABŞ Silahlı Qüvvələrinin nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, 10 gün davam edən "Eagle Partner 2023" təliminin cədvəlində heç bir dəyişiklik edilməyib.
"Biz Azərbaycanın antiterror əməliyyatları apardığından xəbərdar idik, lakin bu proseslərin hazırda əsgərlərimiz üçün hər hansı bir risk yaradacağına inanmırıq", - ABŞ ordusunun sözçüsü bildirib.
Qeyd edək ki, sentyabrın 11-dən Ermənistanda təlimlər keçirilir. Təlimlərdə təxminən 85 amerikalı və 175 erməni hərbi qulluqçusu iştirak edir.