
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa İttifaqının (Aİ) insan hüquqları üzrə xüsusi nümayəndəsi İmon Gilmorla telefonla danışıb.
Yeniavaz.com xəbər verir ki, tərəflər telefon danışığı zamanı Ermənistanın Azərbaycana qarşı mina terroru məsələsini müzakirə ediblər.