Erməni terroru nəticəsində həlak olan polislər dəfn edildilər - Fotolar


Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupunun Xocavənddə yerləşdirdiyi minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşları Xəzər Zamanov, Seymur Mahmudov, Ramil Şirinov və Ələsgər Əsgərov dəfn olunublar.
Yeniavaz.com
xəbər verir ki, Xəzər Zamanov Yeni Günəşli, Seymur Mahmudov Binəqədi qəbiristanlığında, Ramil Şirinov Sumqayıt Şəhidlər Xiyabanında, Ələsgər Əsgərov isə Naxçıvan şəhəri Əliabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Şəhidlər yaylım atəşi və Dövlət Himninin sədaları altında dəfn ediliblər. Dəfn mərasimində mərhumların yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dəfndə şəhidlərin ruhuna dualar oxunub, qəbirlərinə tər güllər düzülüb.

DİGƏR XƏBƏRLƏR

Top