Avropada "Almaniyalı Osmanlı"lara qarşı əməliyyat keçirilib

9 noyabr səhər saat 6 radələrində Alman polisləri tərəfindən keçirilən əməliyyatda, Almaniyanın Hessen və Sarlend əyalətlərində fəaliyyət göstərən “Almaniyalı Osmanlılar” adlı Türk təşkilatından 7 nəfər saxlanılıb. “Yeniavaz.az”, Türkiyə mətbuatına istinadən xəbər verir ki, təxminən 1000 nəfər polis əməkdaşı tərəfindən aparılan əməliyyat zamanı, dəstə üzvlərinə məxsus klub, iş yeri, ofis və evlərdə axtarış keçirilib. 50 ünvanda keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sarlenddə 3, Frankfurtda 4 nəfər saxlanılıb, çox saylı kompüterlər götürülüb.

Mətbuata açıqlama verən polis əməkdaşı, sözügedən şəbəkənin MİT (Milli İstihbarat Teşkilatı) ilə əlaqəsi olduğunu irəli sürüb. İddialara görə, dəstə əlində olan çox sayda silahları Almaniyada müxalif kürdlərə qarşı istifadə edəcəklər.

Qeyd edək ki, Almaniyada fəaliyyət göstərən kürt dəstə "Bahoz"la "Almaniyalı Osmanlılar" arasında tez-tez qarşı-qarşıya gəlsə də polisin səyi nəticəsində silahlı qarşıdurmaların qarşısı alınıb.

DİGƏR XƏBƏRLƏR

Top