Tahir Salahovun qızı vəfat etdi


Xalq rəssamı Tahir Salahovun rəssam qızı Alagöz Salahova 70 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun oğlu Dan Salahov sosial şəbəkə hesabında bildirib. 
O, anasının 6 ay ölkə xaricində və Bakıda müalicədə olduğunu qeyd edib. 
A. Salahovanın dəfn mərasimi sentyabrın 21-də Bakıda keçiriləcək. 
Qeyd edək ki, A. Salahova T. Salahovun özbək rəssam Vansetta Qarayaqubova ilə evliliyindən dünyaya gəlib. 

DİGƏR XƏBƏRLƏR

Top