Bu halda antiterror tədbirləri dayandırılacaq – Müdafiə Nazirliyi


Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırır. Bu halda antiterror tədbirləri dayandırılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti ilə operativ təmasdayıq və onların öz vəzifələrini icra etmələri üçün tərəfimizdən hər cür şərait yaradılır.

DİGƏR XƏBƏRLƏR

Top