Türkiyə XİN Qarabağdakı əməliyyatla bağlı məlumat yaydı


“Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin Azərbaycan ordusunun üzvlərinə və təhlükəsizlik qüvvələrinə qarşı uzun müddətdir davam edən təxribatlarına qarşı bu gün Azərbaycan ordusu tərəfindən müstəsna olaraq hərbi qüvvələri hədəf alan antiterror əməliyyatı keçirilib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağda başlatdığı hərbi əməliyyatla bağlı yaydığı məlumatda deyilir.
“İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən üç ilə yaxın müddətdə yerlərdəki vəziyyətlə bağlı daim bəyan etdiyi haqlı narahatlığın həllini tapmaması nəticəsində Azərbaycan öz suveren ərazisində zəruri hesab etdiyi tədbirləri görməli oldu.
Hesab edirik ki, Azərbaycan və Ermənistan arasında indiyədək ciddi şəkildə həyata keçirilən hərtərəfli danışıqlar prosesinin nəticəyönümlü şəkildə davam etdirilməsinin təmin edilməsi regionda sülhün, təhlükəsizliyin, firavanlığın və daimi sabitliyin bərqərar olmasının yeganə yoludur”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top