Şoyqu iranlı general ilə Qarabağdakı prosesləri müzakirə etdi


Rusiyanın müdafiə naziri Sergey Şoyqu və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Tehranda keçirilən danışıqlarda Qarabağ, Suriya və Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Şoyqu bildirib ki, əsas müzakirə mövzularından biri də hazırda Qarabağda baş verənlər olub.
 “Görüşümüzü Rusiya və İran arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində növbəti addım hesab edirəm. Bu gün bizim ikitərəfli hərbi əməkdaşlığın cari məsələlərini ətraflı müzakirə etmək imkanımız var”, - Rusiyanın müdafiə naziri deyib.
Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top