“AzərEnerji” ASC hadisə ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, ölkədə fəaliyyət göstərən informasiya saytlarında Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlunun Laçında ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirdiyi və onların “AzərEnerji” ASC-nin əməkdaşları olduğu barədə məlumatlar yayılıb.
“AzərEnerji” ASC-dən Yeniavaz.com-a bildirilib ki, hadisə nəticəsində həlak olanlar “Azərenerji” ASC-nin deyil, ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.
“AzərEnerji” ASC həlak olanların yaxınlarına dərin hüzünlə başsağlığı verir”.
***
Laçında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Məlumata görə, hadisə 19 sentyabr saat 09 radələrində Mollalar kəndi ərazisində qeydə alınıb.
“Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində Azərenerji-nin əməkdaşları Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.