
Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə Ermənistanın ərazi iddialarını davam etdirdiyini sübut edən paylaşım edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.
“UNESCO-nun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Ermənistan Azərbaycandakı Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxıb. Bu, Ermənistanın ərazi iddialarının davam etdiyini göstərir”, - A.Hacızadə qeyd edib.