
İraqın şimal-şərqindəki Süleymaniyyə əyalətində hava limanına hücum nəticəsində azı 6 nəfər həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, zərbə vilayətin inzibati mərkəzi - Süleymaniyyə şəhərinin cənub-şərqindəki Arbat hərbi aerodromuna endirilib.
İraqın “Shafaq News” portalı isə hücumun hərbi aerodromda deyil, kənd təsərrüfatı müəssisəsinin hava limanında həyata keçirildiyini iddia edib.
Qeyd olunur ki, hücum PUA vasitəsilə həyata keçirilib.
Tətbiqimizi yükləyə bilərsiniz