ABŞ-lı müsəlmanlar, Trampdan onlara hörmətlə yanaşmağı gözləyir

ABŞ-ın ən böyük müsəlman qeyri-hökumət təşkilatları, Amerika-İslam Əlaqələri Şurası (CAIR), ölkənin yeni seçilən prezidenti Donald Trampdan, müsəlmanlara qarşı hörmətlə yanaşmasını tələb edib. “Yeniavaz.az”, Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-da müsəlmanları təmsil edən CAİR, Vaşinqtonda 8 noyabr seçkiləri ilə bağlı mətbuat konfransı keçirib. CAİR-in direktoru Avod, yığıncaqda Trampı təbrik edib. Avod, seçki kampaniyası dövründə Trampın müsəlmanlara olan münasibətini xatırladaraq, onu, müsəlmanlar da daxil olmaqla bütün amerikalılara qarşı hörmətlə yanaşmağa dəvət edib: “Kimin prezident seçilməyindən asılı olmayaraq, amerikalı müsəlmanlar burada olmağa davam edəcək. Heç bir yerə getmirik və susmuruq. Biz, CAİR şurası olaraq insanların haqqlarını müdafiə etməyə davam edəcəyik.”

Gülarə Kərimova

DİGƏR XƏBƏRLƏR

Top