Zakir Həsənov İsrail MN-in Baş direktoru ilə görüşdü


Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin Müdafiə Nazirliyinin Baş direktoru Eyal Zamirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yeniavaz.com xəbər verir ki, bu haqda Müdafiə nazirliyi məlumat yayıb.
General-polkovnik Z.Həsənov Azərbaycan-İsrail münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən cənab E.Zamir mövcud əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə İsrail arasında müdafiə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.


DİGƏR XƏBƏRLƏR

Top